Aytac Əliyevanın həbsinin təfərrüatları məlum oldu - RƏSMİ

Aytac Əliyevanın həbsinin təfərrüatları məlum oldu - RƏSMİ
Bakının Binəqədi rayon Bələdiyyəsinin sabiq sədri Aytac Əliyevanın həbsinin təfərrüatları məlum olub.

Sfera.az xəbər verir ki, Aytac Əliyeva 2020-2021-ci illərdə bacısı İlknur Turkutla əlbir olaraq külli miqdarda dələduzluq edib.

Belə ki, A. Əliyeva bacısı ilə birlikdə qızıl-zinyət əşyalarının alqı satqısı ilə məşğiul olmaq adı ilə vətəndaşları aldadaraq bir vətəndaşın 200 min manatını, digər vətəndaşın isə 189 min manatını dələduzluq yolu ilə mənimsəyib.

Bununla yanaşı, Aytac Əliyeva vətəndaşı aldadaraq ona Binəqədi bələdiyyəsi adından torpaq ayrılmasına dair saxta sənəd hazırlayaraq satıb.

Faktla bağlı daxil olan məlumat əsasında Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsində cinayət işi başlanıb, Aytrac Əliyevaya Cinayət Məcəlləsinin 178.2.3-cu və 320.1-ci, bacısı barədə isə Cinayət Məcəlləsinin 178.2.3-cü maddələri ilə ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintasq davam etdirilir, onların vətəndaşların külli miqdarda vəsaitlərini ələ keçirmələri ilə bağlı şikayətlər daxil olmaqdadır.

Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev təstiqləyib.

OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...