Sinem Koballa Kenan İmirzalıoğlunun oğlu olacaq

Maqazin
13:42 / 05.11.2021
1366
Türkiyəli məşhur cütlük yenidən valideyn olacaq.
Sfera.az bildirir ki, aktrisa Sinem Kobal və aktyor Kenan İmirzalıoğlu ikinci körpəsini qucaqlarına almağa hazırlaşır. Uşağın cinsiyyətinin oğlan olduğu iddia edilib.
Məlumata görə, Sinem hazırda 3,5 aylıq hamilədir. Ailələrin məlumatı xüsusilə gizlətdiyi ortaya çıxıb.
Qeyd edək ki, cütlüyün ötən ilin oktyabr ayında Lalin adında qız övladları dünyaya gəlmişdi.
Türkan
Sfera.az