Ledi Qaqa lüt şəkilləri ilə gündəmə gəldi - FOTOSESSİYA

12:10 / 04.11.2021
1271
Amerikalı müğənni Ledi Qaqa çılpaq fotoları ilə gündəm olub.
Sfera.az bildirir ki, ifaçı "Vogue" jurnalının yeni buraxılışı üçün obyektiv qarşısına keçib. Yeni filmi olan "House of Gucci” ilə bağlı danışan Qaqa, obraza girərkən bəzi psixoloji çətinliklər yaşadığını etiraf edib. Filmdə Patrisia Reççini rolunu oynayan 35 yaşlı ulduz 3 ildir öz üzərindən çalışdığını deyib.
"Dürüst və şəffaf olacam. Bir il yarım Reççini kimi yaşadım. 9 ay ləhcə ilə danışdım. Kameralar sönəndə belə, buna davam etdim”, - deyə ifaçı əlavə edib. Sənətçinin jurnal üçün çəkdirdiyi fotolar isə sosial mediada müzakirə obyektinə çevrilib. Qaqanın çılpaq fotoları izləyiciləri tərəfindən bəyənilib.
Qeyd edək ki, bundan əvvəl Ledi Qaqanın intim həyatı ilə bağlı etirafları səs-küyə səbəb olmuşdu. O, "yay aylarında cinsi münasibətə girməyi çox sevirəm. Partnyorumun istəklərini sorğusuz qəbul edirəm. Bəzən hislərimi beynimdə canlandıraraq zehin gücümlə orqazm ola bilirəm”, - deyə müğənni bildirmişdi.
Türkan
Sfera.az