Türkürpədən qətl: Ata qızını qadın alverçilərinə satan 19 yaşı gənci belə cəzalandırdı

Türkürpədən qətl: Ata qızını qadın alverçilərinə satan 19 yaşı gənci belə cəzalandırdı
ABŞ-ın Vaşinqton ştatının Spokan şəhərində polis 60 yaşlı Con Eyzenman adlı şəxsi qızının sevgilisi Aaron Sorensonun qətlində şübhəli bilərək saxlayıb. 
 
Sfera.az xəbər verir ki bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Məlumata görə, qətlə yetirilən 19 yaşlı gənc sevgilisini 2020-ci ilin oktyabrında 1000 dollar qarşılığında qadınları seks işçiliyinə məcbur edən şəbəkəyə satıb.  Polisin bildirdiyinə görə, dəhşətli qətl də məhz bu səbəbdən baş tutub. Belə ki, ata Con Eyzenman qızını həmin şəbəkənin əlindən xilas etdikdən sonra evinə gətirib. Daha sonra da qadın alverçilərinə satışı həyata keçirən Sorensonun izinə düşüb.

Çox keçmədən qızını satan Sorensonu yaxalayan Eyzenman onun əl və ayağını bağlayıb maşınının baqajına qoyub. O, Sorensonun başına küt alət ilə vurub, qarnına ardıcıl bir neçə bıçaq zərbəsi endirib. Qatil ata daha sonra öldürdüyü gənci maşını ilə birlikdə ucqar tənha əraziyə aparıb və orada qoyub. 

Avtomobil 2021-ci ilin oktyabrında ərazidən keçən insanlar tərəfindən təsadüf nəticəsində tapılıb. Onlar öldürülən şəxsin cəsədini baqajda aşkarlayıblar. 
Cəsədin ortaya çıxmasından sonra qızın atası birinci dərəcəli şübhəli kimi həbs edilərək istintaqa cəlb edilib. Polisin verdiyi məlumatlara görə, bu hadisədən əvvəl Eyzenmanın adı heç bir qanun pozuntusu və ya zorakılıq hallarında aşkarlanmayıb.

Turan Rzayev
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...