Azərbaycanda azyaşlının diləndirildiyi anlaşıldı, polis hərəkətə keçdi - FOTO

15:22 / 03.11.2021
1188
Azərbaycanda daha bir azyaşlı diləndirilərkən aşkar edilib
Sfera.az bildirir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, azyaşlının fotosunu paylaşaraq aidiyyatı qurumlara müraciət edib.
"Bu foto Tovuzun dəmiryolu vağzalının piyada keçidinin qarşısında çəkilib. Buyurun, prosedur qaydalar nə tələb edir, həyata keçirin”, deyə Ağazadə əlavə edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev isə bildirib ki, məsələ nəzarətə götürülməklə müvafiq tapşırıqlar verilib.
Günay Rəsulqızı
Sfera.az