Mingəçevirdə qayın və gəlin birləşib evdən oğurluq etdilər

14:00 / 03.11.2021
1401
Mingəçevir Şəhər Polis Şöbəsinə noyabrın 1-nə keçən gecə şəhər ərazisindəki mənzillərin birindən 20.000 manat pulun oğurlanması barədə məlumat daxil olmuşdur.
DİN-dən Sfera.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu R.Rəhimov və digər oğlunun arvadı müəyyən edilərək saxlanılmışlar.