29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLAR

29 yaşlı tibb bacısını otelin 3-cü mərtəbəsindən evli sevgilisi atıbmış - DETALLAR
Türkiyədə daha bir qadın cinayətin qurbanı olub.
 
Sfera.az bildirir ki, iyun ayında qaldığı otelin üçüncü mərtəbəsindən dəmir hasarların üzərinə düşərək dünyasını dəyişən 29 yaşlı tibb bacısı Şəbnəm Kökerin əslində sevgilisi tərəfindən öldürüldüyü bəlli olub.

Belə ki, tibb bacısının sevgilisi Timurçin Bayhanın iki ifadəsində fərqli saatlar deməsi və ziddiyyətli açıqlaması qətl şübhəsini artırıb. Bundan əlavə, hadisənin canlandırılmasından sonra, gənc qadının yıxılma formasına əsasən, onun aşağı itələnmiş ola biləcəyi anlaşılıb. 

Hadisənin detalları:

İzmirdə xəstəxanaların birində tibb bacısı olaraq işləyən Şəbnəm "İnstagram”da gəmi kapitanı Timurçin Bayhanla (34) tanış olub. Bir müddət dostluq edən Şəbnəm Timurçinlə görüşmək üçün  İzmirdən İstanbula gəlib. Sevgililər Kadıköydə yerləşən otelə yerləşiblər. Oteldə ikən, Bayhana həyat yoldaşından zəng gəlib, onun qarşı tərəfə "canım” deyə xitab etməsi tibb bacısını özündən çıxarıb. İkili arasında mübahisə yaranıb və ardınca Köker 7 iyun, gecə 03:00 radələrində üçüncü mərtəbədəki otağın pəncərəsindən aşağı düşüb, beyin qanaması səbəbilə dünyasını dəyişib. 

Şahid Timurçin Bayhan isə ilk ifadəsində Kökerin saat 19:00-da otelə geri gəldiyini və telefonunu sahildə düşürdüyünü deyib. Lakin ikinci ifadəsində Kökerin 23:00 radələrində geri döndüyünü bildirib. Onun bu çıxışları, gənc qadının qəsdən öldürüldüyü ilə bağlı şübhələri artırıb.

İstanbul Baş Prokurorluğu isə Kökerin ölümü ilə bağlı istintaqını yekunlaşdırıb. Ağır Cəza Məhkəməsinin qəbul etdiyi iddianamədə, Kökerin sevgilisi Timuçin Bayhanın "qəsdən adam öldürmə” ittihamı ilə ömürlük həbsi istənilib.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...