Ən çox axtarılan cinayətkar milyonçu imiş - FOTO

Ən çox axtarılan cinayətkar milyonçu imiş - FOTO
Rusiyada ən çox axtarılan cinayətkarlardan biri, 2000-ci ildə Xantı-Mansiysk Muxtar Dairəsinin prokuroru Yuri Bederini sifarişlə qətlə yetirməkdə ittiham olunan Yuri Çekinin milyonçu olduğu üzə çıxıb.

Sfera.az-ın xarici mediaya istinadla məlumatına görə, o, 70 milyon rubl dəyərində daşınmaz əmlaka sahibdir.

"Çekinanın aktivləri ümumi dəyəri 70 milyon rubl olan müxtəlif daşınmaz əmlakdır. Həbs olunmazdan əvvəl onu oğlu və qardaşı qızı arasında bölüşdürməyi planlaşdırıb”, - məlumatda vurğulanır.
Yuri Çekini polisə oğlu Sergey Çekin təhvil verib. 

O, 20 il axtarışdan sonra oktyabrın 26-da saxlanılıb. İstintaqın məlumatına görə, o, 1990-cı illərdə Maliyyə Nazirliyinin Xantı-Mansiysk Muxtar Dairəsi üzrə nəzarət-təftiş şöbəsinə rəhbərlik edib. Eyni zamanda, kooperativi olub və onun vasitəsilə 1993-cü ildə neft və qaz hasilatı şirkətinə məxsus 15,6 milyon rublu oğurlayıb. Bunun üçün prokurorluq Çekinə qarşı cinayət işi açıb.

Cinayət təqibinə cavab olaraq o, prokuror Yuri Bederinin öldürülməsini sifariş edib. Bederin 2000-ci il iyulun 25-də evinin yaxınlığında güllələnib. 

Çekin 1996 və 1998-ci illərdə onu pulla aldatmaq istəyən iki tanışının qətlini də təşkil edib. Sifarişi yerinə yetirən 5 qatil artıq bu cinayətlərə görə məhkum olunub.

OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...