Maya Karimovanın qocalara verdiyi işgəncələr ifşa olundu: Bir neçə nəfərin ölümünə səbəb olub - FOTOLAR

Maya Karimovanın qocalara verdiyi işgəncələr ifşa olundu: Bir neçə nəfərin ölümünə səbəb olub - FOTOLAR
Türkiyədə rusiyalı baxıcı Maya Karimovanın ağlasığmaz hərəkətləri ifşa edilib.

Sfera.az bildirir ki, hadisə Kayseridə baş verib. 

83 yaşlı qadına baxıcılıq edən Maya Karimovanın ona işgəncə etdiyi anlaşılıb. 

Məlumata görə, koronavirusa yoluxan analarını ziyarət edə bilməyən ailə üzvləri rus əsilli Maya Karimova ilə anlaşıb. Telefonla görüntülü danışan zaman Maya "Ananız çox yaxşıdır. Yeməklərini yeyir”, - deyə bildirib. Lakin karantin müddəti bitdikdən sonra 83 yaşlı qadını görən ailə üzvləri şoka düşüblər. Onlar anaları Gümüş Bozkurtun 15 kilo birdən arıqladığını, danışa bilmədiyini görüblər.

Maya Karimovanın hərəkətləri gizli kamera görüntüləri ilə ortaya çıxıb. Yaşadıqlarını "Sabah” qəzetinə danışan nəvə Kübra Kolkıran qeyd edib ki, rusiyalı baxıcı nənəsinə fikir verməyib, tez-tez sevgilisi ilə danışıb. Onun sözlərinə görə, nənəsinin bədənində göyərmələr olub.

"Nənəm baxıcının getdiyini biləndə, yenidən yeməyə, içməyə və danışmağa başladı. Bizə qadının qorxusundan səsini çıxara bilmədiyini dedi, yaşadığı hadisələri danışdı. Nənəm bildirdi ki, döyülərkən səsi çıxmasın deyə yastıqla ağzı bağlanılıb, baxıcı onu yatağa çırparaq şiddət göstərib, yumruq atıb və ayaqyolundan istifadə etməsin deyə ac qoyub, dərmanlarını verməyib”, - deyə Kübra əlavə edib. 

Məlumata görə, Maya Karimovanın daha öncə baxıcılıq etdiyi xəstələrlə problemi olmasa da, həmin şəxslər qəfildən infarkt keçirərək ölüblər. Ailə üzvlərinin baxıcı ilə bağlı polisə müraciət etdiyi bildirilib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...