“İstanbullu gəlin”in ulduzu vəfat etdi - FOTO

“İstanbullu gəlin”in ulduzu vəfat etdi - FOTO
Türkiyənin məşhur aktrisası, ssenarist Semra Dinçer vəfat edib.
 
Sfera.az bildirir ki, bu barədə müğənni Haluk Levent məlumat yayıb. Məlumata görə, iki ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bu gün günorta saatlarında vəfat edib.

Qeyd edək ki, Semra Dinçer 25 iyul 1965-ci ildə Ankarada anadan olub. O, 42 film və serialda rol alıb, bunlardan 7-nin ssenarisini yazıb. Sonuncu dəfə "İstanbullu Gəlin” serialında Reyhan Sezgin rolunu canlandırıb.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR