Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Meyitin yiyəsi AXTARILIR - FOTO

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Meyitin yiyəsi AXTARILIR - FOTO
Sumqayıt şəhər Novxanı bağlar yaşayış massivində baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.

Hüquq-mühafizə orqanlarından Sfera.az-a verilən məlumata görə, hadisə sentyabrın 29-u gecə saat 3 radələrində qeydə alınıb. Həyət evlərindən birinin gözətçisi 39 yaşlı Ramin Əlixanov əvvəllər tanış olduğu 40-45 yaşlarında bir kişini külünglə vuraraq öldürüb. Daha sonra meyiti yaxınlıqdakı həyətlərdən birində basdırıb.

Məlumata əsasən, öldürülən adamın adı Cəfərdir. Əldə etdiyimiz məlumata görə, onlar əvvəlcə yeyib-içiblər. Daha sonra sərxoş tərəflər arasında söyüş üstündə mübahisə yaranıb. Öldürülən şəxs R. Əlixanovu söyüb. Ramin də külünglə həmin şəxsin başına bir neçə zərbə vuraraq həyatına son qoyub.
Hadisədən 1 ay keçsə də, öldürülən şəxsin kimliyi bilinmir və yaxınları tapılmayıb. 

Sfera.az qətlə yetirilən şəxsin fotosunu təqdim edir. Onu tanıyanlardan Daxili İşlər Nazirliyinin "102" xidmətinə və ya Sumqayıt şəhər Polis İdarəsinə məlumat vermələri xahiş olunur. 

OXŞAR XƏBƏRLƏR

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...

Çində güclü sel: 110 mindən çox insan təxliyə edildi

Çinin Siçuan əyalətində 3 gündür yağan yağışların yaratdığı fəsadlara görə təxminən 73 min nəfər təxliyə olunub.   Sfera.az xəbər verir ki, bu barədə...

Rusiyada öldürülən qardaşların meyiti Bakıya gətirildi

Yekaterinburqda amansızlıqla qətlə yetirilən Ziyəddin və Hüseyn Səfərovların meyiti Azərbaycana gətirilib.   Sfera.az xəbər verir ki, “Ural Hav...