Məşhur müğənni toyda "dollar yağışı"na tutuldu - FOTO

Məşhur müğənni toyda
Türkiyəli müğənni Berdan Mardini "dollar yağışı”na tutulub.
 
Sfera.az bildirir ki, ötən axşam Kiprdəki konsertdə fanatlarından biri ifaçıya jest edib. Mardini ard-arda mahnılarını səsləndirən zaman bir qadın heyranı əlində 3 min dollarla səhnəyə çıxıb.  O, 1 dollarları müğənninin başından aşağı tökməyə başlayıb. Bu proses təxminən 7-8 dəqiqə davam edib.

Berdana heyran olduğunu deyən qadın "Ona qurbandı. Daha yaxşılarına layiqdi”, fikirlərini də səsləndirib. Müğənni isə, "Artıq mənə "dollar Mardini” deyə bilərsiniz” cümləsi ilə zarafat edib.

Qeyd edək ki, oxşar hadisə bundan əvvəl toy məclislərinin birində də yaşanmışdı.

Türkan
Sfera.az


OXŞAR XƏBƏRLƏR