“Ən yüksək cəza verin, lap axtalayın...” – Deputat zorlanan 11 yaşlı qızdan danışdı

“Ən yüksək cəza verin, lap axtalayın...” – Deputat zorlanan 11 yaşlı qızdan danışdı
"Azyaşlı qızlara və oğlanlara təcavüz edən pedofillərə ömürlük həbs cəzasının verilməsi tələb olunur. Razıyam, cəza maksimum səviyyədə sərtləşdirilməlidir”.

Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. O, bu cür cinayətlərin yüzlərlə olduğunu, lakin gizlədildiyini vurğulayıb:

"Bunu gizlədənlərin və hətta buna şərait yaradanların içində ana, bacı, qohumlar, yaxınlar yer alır. Gizlətməyin iki səbəbi var: Birincisi, çevrənin qınağı, məsxərəsi, tənəsi, ikincisi isə ədalət müəssisəsinə güvənsizlik. Çığırıram, bağırıram, ölkədə təhsildən kənarda heç bir uşaq qalmamalıdır, xüsusilə də qız uşaqları. Qızlar üçün kolleclər yaradan sahibkarları vergidən azad edin, qoy yurdlar yaratsınlar, himayəsiz uşaqların ciddi dövlət nəzarəti altında onların təhsil alması təmin edilsin. Birinə, beşinə ən yüksək cəza verin, istəyirsiniz lap axtalayın. Bu sadəcə bir təsəllidir, heç bir ibrət tərəfi olmayacaq”.

Millət vəkilinin sözlərinə görə, İmişlidəki 11 yaşlı uşaq cinsi terrorun qurbanıdır və artıq gələcəyi, gəncliyi, arzuları məhv edilib:

"Hələ biz bilinənə bu cür acıyırıq, bilinməyən yüzlərlə qurbanın ahını eşitmirik. Bu məsələ geniş müzakirə olunmalıdır. Parlamentin komitələrindən tutmuş, müvafiq dövlət komitəsində, məktəblərdə, məhəllələrdə, evlərdə. Hamı təhlükənin  onun ocağına çatmasını gözləməməlidir. Ölkədə bir nəfər də olsun sahibsiz, diqqətdənkənar uşaq qalmamalıdır. Avropada uşağının üstünə çığıran valideynin əlindən dövlət uşağını altı ay, bir il alıb onu cəzalandırır ki, bir də uşağa qarşı şiddət, zorakılıq etməsin. Bu qədər reklam üçün formal qurumlar nəyimizə lazım? Əgər 11 yaşlı uşağı terrordan qoruyacaq mexanizm yoxdursa, inkişaf etmiş cəmiyyətdən danışmamız da içiboş sözlərdən başqa bir şey olmayacaq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Moskvanın Bakıya hücumunun əsas səbəbləri -Zəngəzur dəhlizində nə baş verdi?

Rusiya azərbaycanlılara qarşı hücum kartını niyə işə saldı və Moskva Bakıda nə istəyir?   Soydaşlarımıza qarşı Rusiya dövləti səviyyəsində qətllərlə nə...

Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi

"Zəlzələnin ilk günündən ölkəmizə kömək etməyə tələsən Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".   Sfera.az xəbər verir ki, bunu Türkiy...

Paşinyan Kallasla görüşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallası qəbul edib.   Sfer...

İran Ukraynaya nota verdi

İran Xarici İşlər Nazirliyinin Avrasiya ölkələri üzrə birinci departamentinin rəhbəri Şəhram Farsai Ukraynanın müvəqqəti işlər vəkilini rəsmi Kiyevin İsrailin İ...

7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmədə ŞOK İFADƏLƏR

Respublika Perinatal Mərkəzində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirili...

Təbiət möcüzəsi: Dünyanın ən quraq səhrası qarla örtüldü

Çilidə nadir təbiət hadisəsi baş verib. Dünyanın ən quraq çölü kimi tanınan Çili Atakama səhrası gözlənilmədən qarla örtülüb.   Sfera.az bildirir ki, d...