Ağdamda qazıntı zamanı iki çürümüş meyit aşkarlandı - RƏSMİ

Kriminal
12:00 / 28.10.2021
515
Ağdam rayonunda qazıntı aparılarkən iki nəfərin meyiti aşkarlanıb.
Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib.
Məlumatda bildirilir ki, Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində "Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus sümüklər aşkar edilib.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.