Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi + YENİLƏNİB

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi + YENİLƏNİB
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az  xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
  
 
16:48
 
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Sfera.az  xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

O, R.Əkbərova bəraət verilməsini xahiş edib.

Daha sonra təqsirləndirilən şəxs də son söz deyib. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə müşavirəyə yolanıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1

Təranədən ETİRAF: "Oğlan yox, qız tutdu..."

"Tanınmışlardan çoxu övlad dünyaya gətirən kimi, başlayırlar kəbinim var. Kəbin heç bir əhəmiyyət daşımır. Nə kəbinim, nə nikahım var. Tənha anayam. Həyatd...

Baydenin təbrik məktubu: Ağ Evdən verilən mesajlar

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə Amerika xalqı adından...

2022-ci ildə yüksək vəzifələrə gətirilmiş GƏNC KADRLAR – ARAŞDIRMA 

Azərbaycanda idarəetmə sahəsində aparılan islahatlar gənc və perspektivli kadrların təyinatlarında da özünü göstərir. Xüsusilə də, yüksək vəzifələrə gənc kad...

Əlilliyin qiymətləndirilməsi qaydasında hansı yeniliklər var?

Əlilliyin müəyyən edilməsi sistemində yeni meyarların tətbiqi ilə əlaqədar Nazirlər Kabineti yeni Qərarla “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda ...

Ermənilər yenidən Kəlbəcəri atəşə tutdu - MN  

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 20-si axşam saatlarında dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerlə...

Daha bir məktəbdə rüşvət qalmaqalı - VİDEO

Bakıda daha bir orta məktəbdə rüşvət qalmaqalı baş verib. Bu haqda sosial şəbəkələrdə video yayılıb.    Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində y...