Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi + YENİLƏNİB

Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edildi + YENİLƏNİB
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az  xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, R.Əkbərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 12.1, 221.3-cü (xuliqanlıq) maddəsi ittihamdan xaric edilib.

Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub.

Belə ki, məhkəmə R.Əkbərovdan 40 min 10 manat pulun tutularaq zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar çıxarılıb.

Eyni zamanda məhkəmə R.Əkbərovun hərbi rütbəsini və fəxri adlarının alınmasını zəruri hesab etməyib. Buna səbəb işdə hərbi rütbənin alınması ilə bağlı təqdimat olmadığı göstərilib.
  
 
16:48
 
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Sfera.az  xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Rüstəm Zülfüqarov müdafiə çıxışı edib.

O, R.Əkbərova bəraət verilməsini xahiş edib.

Daha sonra təqsirləndirilən şəxs də son söz deyib. O, məhkəmədən bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə müşavirəyə yolanıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

Təyyarə qəzası: Ekipaj heç bir problem və ya nasazlıq barədə məlumat verməyib

Bu gün səhər saatlarında DHL çatdırılma xidmətinin “Boeing 737” təyyarəsi Litvanın paytaxtı yaxınlığında qəzaya uğrayaraq ikimərtəbəli yaşayış binas...

İbrahim Tatlısəsdən pis xəbər: yerimək qabiliyyətini itirdi

Türkiyənin 72 yaşlı məşhur müğənnisi İbrahim Tatlısəs yerimək qabiliyyətini itirdiyi üçün yenidən həkimlərə müraciət etmək məcburiyyətində qalıb.   S...

COP29 məkanları belə idarə edilirdi - VİDEO

Bakıda noyabrın 11-22 tarixlərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi...

İlham Əliyev Trampa ZƏNG ETDİ

Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.   Sfera.az xəbər v...

73 yaşlı kişi təyyarədə 4 qadına təcavüz edib - 3 ilədək həbs oluna bilər...

Sinqapur Hava Yollarının yaşlı sərnişini uçuş zamanı 4 qadına cinsi təcavüz edib.   Sfera.az xəbər verir ki, hadisənin təfərrüatlarını "The New Pa...

Tiktoker qızdan şok: kişini tapıb ayağını öpdürdü

Azərbaycanda daha bir tiktoker qiyabi həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.   Belə ki...