Mənzillər 25 faizədək bahalaşacaq - Ekspert səbəbləri açıqladı

Mənzillər 25 faizədək bahalaşacaq - Ekspert səbəbləri açıqladı
"2000-ci illərin əvvələri Abşeron ərazisində 1 sotu 200 AZN olan torpaq, hazırda 4-5 min manatdır”.

Bunu Sfera.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert torpaq sahələrinin ucuzlaşması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

"Torpaq satışı mövsümi xarakter daşıyır. Torpaqların satışı may ayında başlayır və avqustun sonunadək satış sürətlənir, qiymətlərdə süni artım müşahidə olunur. Sadəcə, boş torpaq sahəsi alanlar tikintini yay aylarında apardıqlarından qışda proses dayanır. Soyuq aylarda torpaqların satışı səngiyir. Qiymətlərin ucuzlaşması isə müşahidə olunmur. Onsuz da Bakı, Abşeron ərazilərində torpaq sahəsi məhdud sayda, bəlkə də yox dərəcəsindədir”.
 
Ekspertin sözlərinə görə, pandemiya digər sahələrə təsir etdiyi kimi, eləcə də bu sahəni çökdürüb və durğunluq bununla bağlıdır:

”Hazırda Azərbaycan əmlak bazarındakı alıcıların 80%-i təkrar alıcılardır. Onların pulları var və bunu daşınmaz əmlaka yatırırlar. Onlar ev alaraq bunu kirayəyə verirlər və gəlir götürürlər. Əmlak bazarında nağd satışların sayı azalıb və daha çox kreditli satışlar artıb. Bunlar ipoteka kreditləri, şirkətdaxili kreditlər və s.dir. MİDA-nın satışlarına baxsaq, hər satış zamanı minlərlə adam ev almaq üçün növbədə olur. Bir qismi alır, geri qalanlar gözləyir”.
 
"Gələn il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq”

Ekspert kreditli bina mənzillərinin satışlarının çoxaldığını bildirərək, tikinti materiallarının qiymətinin artdığını deyib:

"İpoteka və Kredit Zəmanət Fondunun kirayə mənzillər layihəsinə start verildi. Qısa vaxt ərzindən mindən çox vətəndaş oradan ev aldı. Bu da o deməkdir ki, bu sahəyə maraq var və vətəndaşlar daha çox kreditlə alışa üstünlük verirlər. Daşınmaz əmlak qiymətlərinə və vətəndaşların aldıqları məvacibə baxsaq, bunların heç cür üst-üstə düşmədiyinin şahidi olarıq. Nəticə etibarilə, insan bir ömür işləyib pul yığmalıdır ki, xırda bir evə sahib olsun. Bu baxımdam kreditli satışlar sürətlənib. Yeni tikili binalarda qiymət artımları qaçılmaz olacaq. Düşünürəm ki, gələn il yeni tikilmiş binalarda qiymətlər 20-25 faizədək artacaq.
 
Bu, son bir il ərzində tikinti materialların qiymətlərinin kəskin formada artması ilə əlaqədardır. Elə tikinti materialları var ki, 2 dəfəyə yaxın bahalaşıb. Misal üçün, əvvəl taxtanın 1 kubu 230 manat idisə, indi 500 AZN və ondan yuxarı təklif olunur. Həmçinin tikintidə aktiv istifadə olunan armaturun qiyməti də 2 dəfəyə yaxın qalxıb. Bu proseslər də öz növbəsində tikintinin maya dəyərinə təsir edir”.
 
Ekpsert tikinti üçün yararlı torpaq sahələrinin yox səviyyəsində olduğunu qeyd edib:

"Digər tərəfdən çoxmənzilli binaların tikintisi üçün yararlı olan torpaq sahələri məhduddur. Tikinti şirkətləri istismar müddəti bitmiş köhnə 4-5 mərtəbəli binaları sökərək onların yerində yeni binalar inşa edirlər. Bu da onların qazancına mənfi təsir göstərir.
Orada yaşamış bütün bina sakinlərinə yeni bina tikilənədək kirayə pulunu və onların geri dönüşünün pulunu ödəyirlər. Bu vətəndaşlara həmin binadan mənzillərinin 20% artıq kvadratı ilə mənzil verirlər. Bu baxımdan belə proseslərin məcmusu qiymət artımına təsir edən faktorlardır”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, paxtaxt məkanlarının birinə rəfiqələri ilə istirahətə yollanan...

Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xi...

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür. ...

Azərbaycanın mədəniyyətə ağır itki: Tanınmış bəstəkar vəfat etdi- FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ya...

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.   Sfera.az xəbər verir...

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.   Sfera.az xəbər ...