Ərini boyunbağı ilə öldürən qadının məhkəməsi başlayır

Ərini boyunbağı ilə öldürən qadının məhkəməsi başlayır
Bu ilin mayın 9-da 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı mənzildə öldürülməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində  Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Sfera.az-a verilən məlumata görə, həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, zərərçəkmişin arvadı İnnesa İsmayılova qeyd edilən tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəşid Axundovu spirtli içkinin təsiri altında olmasından istifadə edərək evin dəhlizində itələyərək yerə yıxıb, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla sonuncunu boğaraq öldürüb.

İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR

"Rusiya azərbaycanlıları hədəf alıb"

Bir zamanlar Qarabağda “sülhməramlı missiya” adı ilə fəaliyyət göstərən qüvvələrin indi dinc azərbaycanlılara qarşı zorakılıq və təxribatlarla yadda...

Rusiya FTX-nın "Sputnik Azərbaycan"da çalışan iki əməkdaşı saxlanılıb

Polisin "Sputnik Azərbaycan" agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keç...

“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi

Veysəloğlu Şirkətlər Qrupunda (VŞQ) elan edilən “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA)...

Məktəbli formaları ucuzlaşdı: Yeni qiymətlər...

Bakı Tikiş Evinin (BTE) məktəbli formalarına tətbiq etdiyi yeni endirimli satış qiymətləri məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Oxu....

Nasaz avtomobillərlə bağlı sürücülərə MÜRACİƏT - FOTO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət edib.   Sfera.az xəbər verir ki,...

Məşhur aktrisa sevgilisini öldürdü - FOTO

Avstraliyada realiti-şou və reklam filmləri ilə tanınan 34 yaşlı aktrisa Tamika Çesser, sevgilisi Culian Storini amansızcasına qətlə yetirməkdə və cəsədini hiss...