İrandan Türkiyəyə gözlənilməz JEST
Dünya
21:38 / 08.07.2016
2038
İranla Türkiyə arasında münasibətlərin inkişafı üçün uyğun zəmin yaranıb.
İranın
Türkiyədəki səfirliyinin yaydığı açıqlamada belə deyilir.
Səfirliyin
açıqlamasında iki ölkə prezidentinin telefon danışığında İran və Türkiyə
xalqları arasında dərin ortaqlığa toxunulduğu, Tehran-Ankara münasibətlərinin
bütün sahələrdə mümkün qədər inkişaf etdirilməsi üçün mühitin mövcud olduğu
vurğulanıb.
Açıqlamada
İran prezidenti Həsən Ruhaninin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla
iyulun 7-dəki telefon danışığında Türkiyə xalqını Ramazan bayramı münasibəti ilə
təbrik etdiyi, İranla Türkiyənin çoxsaylı ortaq dəyərlərinin olması səbəbi ilə
regionun problemlərinin həllində, xüsusən terrorizmlə mübarizədə birgə mübarizə
aparmalı olduqları qeyd edilib.
İki ölkənin
terrorla mübarizə sahəsində əməkdaşlıq zərurəti nəzərə çatdırılıb.