Azərbaycanda tələbələrdə koronavirus aşkarlandı: Təhsil distant olacaq

Təhsil
14:41 / 14.10.2021
976
"Azərbaycan Dillər Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 qrupunda tələbələrdə koronavirus aşkarlandığı üçün qruplar 14 gün müddətində distant təhsilə keçib".
Sfera.az xəbər verir ki, bu haqda məlumat Azərbaycan Universitetləri səhifəsində paylaşıb.
Hər iki universitetin 2 qrupunda koronavirusa yoluxma halı aşkarlandığı üçün həmin qruplar distant təhsilə keçib.
Qeyd edək ki, son günlər Azərbaycanda koronavirusa yoluxma artıb.