Vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

Vətəndaşın əlilliyinin dayandırılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov sosial şəbəkə hesabında vətəndaşın qarşı tərəfin mövqeyini öyrənmədən videomüraciət yaydığını bildirib.

Sfera.az xəbər verir ki, T.Qurbanov bu müraciəti əsassız hesab etdiyini yazıb.

"Əlillik sahəsindəki islahatları qərəzli mövqedən gözdən salmağa çalışan sosial şəbəkə istifadəçisi bu dəfə də qarşı tərəfin mövqeyini öyrənmədən əsassız videomüraciət yayıb.

Sağlamlıq vəziyyəti əlilliyə əsas verməyən bir şəxsə necə əlillik dərəcəsi təyin etmək olar? Hələ bu ilin martında Bakı şəhər sakini Yusifov Elbrus Yusif oğlu ilə bağlı e-sistemə daxil edilmiş göndərişin əlillik təyinatına əsas vermədiyi müəyyən olunub”, - o qeyd edib.

Şöbə müdiri bildirib ki, bundan sonra da son aylarda onun müraciəti əsasında iki dəfə (14 və 30 iyunda) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəsi aparılıb:

"Hər iki əyani müayinə zamanı da onun əlillik vəziyyətində olmadığı müəyyən edilib. Bu səbəbdən də əlillik təyin edilməsindən imtina qərarı qüvvədə saxlanılıb”.

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...