“İran gec də olsa, başa düşdü ki...” – Abdullahianı Bakıya gətirən səbəblər

“İran gec də olsa, başa düşdü ki...” – Abdullahianı Bakıya gətirən səbəblər
"İran Azərbaycanla barışmağın yollarını axtarır. Tehran gec də olsa başa düşdü ki, indiki halda Azərbaycanla düşmənçilik aparmaq təhlükəlidir”.

Bu sözləri Sfera.az-a politoloq Turab Rzayev İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Bakıya səfəri haqda yayılan xəbərləri şərh edərkən deyib.
 
O, bildirib ki, İranın ritorikasında müəyyən mənada yumşalma hiss olunur:

"İranın geri addım atması heç də səbəbsiz deyil. Rəsmi Tehran mövcud İran-Azərbaycan gərginliyində qonşu ölkələrin heç birindən dəstək ala bilmədi. Gördük ki, İran bu məsələdə Rusiyadan açıq-aşkar dəstək gözləyirdi, lakin rəsmi Tehranın real müttəfiqlərindən olan Rusiya belə bu məsələdə İrana dəstək olmadı.
 
İran gec də olsa başa düşdü ki, İsrailin nüvə obyektlərini bombalamaq istədiyi, ABŞ və Qərbin sanksiyalarını intensivləşdirdiyi, daxildə sosial narazılıqların artdığı bir dövrdə Azərbaycanla gərginliyin yaradılması təhlükəlidir. Buna görə də geri addım atan İran rəsmi Bakı ilə münasibətləri düzəltmək qərarına gəlib. Hüseyn Əmir Abdullahianın Bakıya səfəri də məhz bununla əlaqəlidir. Düzdür, məlumat bizim tərəfdən təsdiqlənməyib, lakin İranın "Mehr" agentliyi bu həftə ərzində gözıənilən səfərin baş tuta biləcəyini iddia edir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Sabah Bakıda 28 dərəcə isti olacaq

İyulun 5-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...