Ömrünün son saniyələrini çəkdiyini bilmirdi - 17 yaşlı yeniyetmənin ölüm anı VİDEO

Ömrünün son saniyələrini çəkdiyini bilmirdi - 17 yaşlı yeniyetmənin ölüm anı VİDEO

 

Bədbəxt hadisə Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində İrtış çayının sahilində baş verib.


Sfera.az xəbər verir ki, 17 yaşlı oğlan şəkil çəkdirmək istəyərkən suya düşüb, çayın axını onu aparıb.

Faciəyə səbəb yeniyetmənin cəld hərəkətlə parapetə qalxaraq dostundan bu anı əbədiləşdirməsini xahiş etməsi olub. Sahildə dayanan dostu isə onu telefonun kamerasına çəkib.

Amma az sonra məlum olub ki, o, dostunun son görüntülərini, həyatının son saniyələrini kameranın yaddaşına köçürürmüş.

Yeniyetmənin son görüntüləri sosial şəbəkələrdə "Niyə?” adı altında yayımlanıb.

 



OXŞAR XƏBƏRLƏR