Son 10 ildə yalnız bu məhsulda idxaldan asılılığımız aradan qalxıb – STATİSTİKA

Son 10 ildə yalnız bu məhsulda idxaldan asılılığımız aradan qalxıb – STATİSTİKA
Son illərdə Azərbaycanda əsas bitkiçilik və heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsini artırmaq üçün böyük cəhdlər edilməsinə baxmayaraq yalnız bir məhsul növü üzrə idxaldan asılılıq tam aradan qaldırılıb. 

Son 10 ilin nəticəsi göstərir ki, təminatı idxaldan asılı olan digər məhsul növlərinin heç biri üzrə özünütəminetmə səviyyəsini 100 faizə çatdırmaq mümkün olmayıb. 

Sfera.az bildirir ki, 2010-2020-ci illər ərzində özünütəminetmə səviyyəsi 100 faiz həddinə çatdırılan yeganə məhsul yumurta olub. On il əvvəl yumurtada 98 faiz olan özünütəminetmə səviyyəsi ötən il 100 faiz təşkil edib. Qalan məhsullarda istehsal artsa da, kəsir aradan qaldırılmayıb. 

Bitkiçilik məhsulları üzrə taxılda özünütəminetmə səviyyəsi 56,5 faiz idi. 2020-ci ilin yekununda göstərici 68,1 faizə yüksəlib. Taxılda göstəricinin yaxşılaşması buğda, arpa və qarğıdalı ilə özünütəminetmə səviyyəsinin yüksəlməsi hesabına baş verib. Özünütəminetmə səviyyəsi əsas taxıl məhsulu olan buğdada 48,9 faizdən 57,1 faizə, arpada 87,7 faizdən 94,6 faizə, qarğıdalıda 64,5 faizdən 86,6 faizə qalxıb. 

Özünütəminetmə səviyyəsində kəsir olan əsas bitkiçilik məhsullarından paxlalılarda göstərici 66 faizdən 60 faizə, kartofda 100,5 faizdən 90,6 faizə geriləyib. 

Üzümdə özünütəminetmə 90,4 faizdən 96 faizə, tərəvəz məhsullarında 97,6 faizdən 110,4 faizə yüksəlib. 

Tərəvəzdə baş verən müsbət dəyişiklik pomidor istehsalının kəskin artması hesabına olub. Əgər pomidor istehsalı nəzərə alınmazsa, tərəvəzdə özünütəminetmə səviyyəsi 100 faizdən azdır. On il ərzində pomidorda özünütəminetmə səviyyəsi 106 faizdən 131 faizə qədər yüksəlib. Hətta 2018-ci ildə göstərici 138 faizə qalxmışdı. Pomidor üzrə göstəricinin yaxşılaşması hesabına tərəvəzlər üzrə özünütəminetmə səviyyəsi 2018-ci ildə 115 faiz olub. Amma son 2 ildə pomidorun istehsalının azalması ilə əlaqədar tərəvəzlərdə özünütəminetmə səviyyəsi 110 faizə qədər geriləyib.
 
Bostan məhsulları, meyvədə özünütəminetmə səviyyəsi 100 faizdən artıqdır və son illərdə bu məhsul növlərində göstəricilər bir qədər də yaxşılaşıb. 

Heyvandarlıq məhsullarında özünütəminetmə səviyyəsi ət və ət məhsulları üzrə pisləşib. Bu məhsullarda on il əvvəl 87,7 faiz olan özünütəminetmə səviyyəsi ötən il 84,5 faizə geriləyib. O cümlədən əsas ət məhsulu olan mal ətində özünütəminetmə səviyyəsi 95,5 faizdən 87,4 faizə, qoyun və keçi ətində 99,7 faizdən 97,3 faizə düşüb, yalnız quş ətində 70,6 faizdən 79 faizə yüksəlib. 

Özünütəminetmə səviyyəsi on il ərzində süd və süd məhsullarında 70,4 faizdən 83,5 faizə, balıq və balıq məhsullarında 76,6 faizdən 81,7 faizə qalxıb. 

Qeyd edək ki, özünütəminetmə səviyyəsi ölkənin yerli istehsal hesabına məhsulla təminatını göstərir. Ərzaq təhlükəsizliyi baxımından yerli istehsalın daxili tələbatı ödəmə səviyyəsinin yüksək olması önəmlidir. Özünütəminetmə səviyyəsi yüksək olduqda əhali, iqtisadiyyat xaricdə baş verən qiymət artımlarından, məhsul çatışmazlığından, keyfiyyətli məhsullarla təminatda çatışmazlıqdan əziyyət çəkmir. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...