Beren Saat ana olmaq istəyir - FOTOLAR
21:07 / 04.07.2016
1838
Müğənni Kənan Doğulu və həyat yoldaşı, aktrisa Beren Saat valideyn olmaq istəyirlər.
Sfera.az xəbər verir ki, Kənanın bacısı Canan Doğulunun ana olmağa hazırlaşmasını
eşidən cütlük bir az da həvəslənib.
Doğulu
ailəsində ilk oğlan nəvəsinin dünyaya gələcəyi xəbəri bütün ailə üzvlərini həyəcanlandırıb.
K.Doğulu və B.Saat da tezliklə ailəni sevindirmək istəyirlər.
Qeyd edək
ki, B.Saat bir müddət əvvəl süni mayalanma ilə ana olmağa cəhd etmişdi. Lakin
"Kösəm Sultan" serialının başlaması aktrisanın bu planları arxaya
atmışdı.
Axşam.az //
Sfera.az