Azərbaycan və Çex Respublikası XİN nümayəndə heyətlərinin geniş tərkibli görüşü başladı

Siyasət
12:49 / 30.09.2021
665
Azərbaycan və Çex Respublikası XİN nümayəndə heyətlərinin görüşü başlayıb.
Sfera.az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin "twitter" səhifəsində məlumat verilib.
"Azerbaycan və Çex Respublikası xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü başlayıb" - deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Çex nazir bu gün Azərbaycana rəsmi səfərə gəlib. Daha əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çex Respublikasının xarici işlər naziri Yakub Kulhaneki qəbul edib. Daha sonra Çex nazir Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla təkbətək görüşü baş tutub.