“Proseslər Əliyev - Paşinyan görüşünü qaçılmaz edir” - AÇIQLAMA

11:06 / 30.09.2021
719
"Bütün proseslər Əliyev - Paşinyan görüşünü qaçılmaz edir”.
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Azər Rəşidoğlu deyib. O, prezident İlham Əliyevin diplomatiyada rəqibindən dəfələrlə güclü olduğunu, ölkəsinin qalibiyyətini vurğulayıb:
"İndi şərtləri biz diqtə edirik. Lakin xarici amillər dəyişir, Bakıya təzyiqlər arta bilər. Paşinyan da Türkiyə ilə münasibətləri qurmaq üçün əlindən gələni etmək istəyir. İstənilən vəziyyət gec-tez dəyişir. Sülh sazişini imzalamaq və qələbəni möhkəmləndirmək lazımdır”.
A.Rəşidoğlunun sözlərinə görə, 44 günlük savaş və İran rəsmilərinin İlham Əliyev barədə dediklərinə cəmiyyətin verdiyi təpki bir daha göstərdi ki, milli birlik formulu işləyir. "Bunu gücləndirmək üçün əfv və amnistiyaya ehtiyac yaranıb!”, - deyə siyasi şərhçi əlavə edib.
Türkan
Sfera.az