“İlham Əliyev Moskvaya müsbət siqnallar göndərdi” - Açıqlama

12:31 / 28.09.2021
733
"Prezident İlham Əliyev Türkiyə mediasına müsahibə
zamanı Moskvaya iki müsbət siqnal ötürüb".
Sfera.az xəbər verir ki, bunu politoloq Asif Nərimanlı
deyib. Politoloq prezidentin sülhməramlıların fəaliyyəti ilə bağlı münasibətinin
Rusiyaya mesaj olduğunu bildirib:
"Prezident rus sülhməramlılarının fəaliyyətini
qənaətbəxş adlandırdı. Halbuki öncəki çıxışlarında sərt mövqe sərgiləmişdi. Hərbi-texniki
əməkdaşlığın davam etdiriləcəyini, müəyyən sifarişlərin verildiyini açıqladı
ki, bu da rusların regionun silah bazarında
iştirak payının azalmasını istəmədiyindən irəli gəlir. İlham Əliyev Türkiyə
mediasına müsahibəsində də Moskvaya müsbət siqnallar göndərdi. Kiçik problemlərin
olmasına baxmayaraq, prezident sülhməramlıların fəaliyyətindən razılıq etdi”.
Politoloq Prezidentin Moskvanın İrəvanı yenidən
silahlandırması ilə bağlı məsələni erməni təbliğatı adlandırmasını xatırladaraq
bunları deyib:
"Bakı-Moskva arasında münasibətləri kifayət qədər yüksək
qiymətləndirdi. Hər iki ölkənin mediasına verilən müsahibədə ortaq mövqe
birdir: münaqişə həll olunub, rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər
Azərbaycan ərazisidir və orada yaşan ermənilər Azərbaycan vətəndaşıdır".
Ekspert Bakının Ərdoğan-Putin görüşündən gözləntilərinin
olduğunu qeyd edib:
"Bu fikirlərin Soçidə Ərdoğan-Putin görüşündən
öncə bildirilməsi Bakının görüşlə bağlı gözləntilərindən irəli gəlir və
Rusiyaya müsbət mesajlar verən prezident mövqeyini yenidən gündəmə gətirir. Görüşdə 10 noyabr razılaşmasıın icrası, "altılıq
platforması”, Qarabağdakı vəziyyətin də müzakirə ediləcəyi istisna deyil. O da
istisna deyil ki, Ərdoğan Əliyevin Qarabağla bağlı mövqeyini masaya daşıyacaq.
Bu gözləntilər fonunda Əliyevin Qarabağdakı ermənilərə yarada biləcəyimiz şəraitdən
danışması təsadüfi deyil: rəsmi Bakı Azərbaycan sərhədləri daxilində yaşan ermənilərlə
bağlı proqramını şifahi formada təqdim edir.
Əzizə Zeynal
Sfera.az