Azərbaycanda zəlzələ olub
Gündəm
09:00 / 03.07.2016
2068
İmişli - Saatlı rayonlarının sərhəddində zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, saat 02:58-də İmişli - Saatlı sərhəddində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 48 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.