Ermənilərin YENİ TƏLƏBİ: “Torpaqlarımızda yaşayan soydaşlarına...”

10:44 / 27.09.2021
2511
"Ermənistanın Azərbaycana qarşı torpaq iddiasından əl çəkəcəyi ağlabatan deyil”.
Sfera.az bildirir ki, bunu deputat Sahib Alıyev deyib. O bildirib ki, indi haylar o iddianı "Qarabağ Ermənistandır” kimi sərsəmləmələrlə yox, bizim torpaqlarda yaşayan soydaşlarına status verilməsi tələbini irəli sürməklə reallaşdırmağa çalışacaqlar:
"Yəni uydurma soyqırımı kimi onlar bu iddiadan da əl çəkəsi deyillər. Açığı, Ermənistandan geosiyasi alət olaraq faydalananlar da onu belə bir addım atmağa qoymazlar. Ona görə də Göyçə və Zəngəzurdan olanların öz tropaqlarına qaytarılaraq onlara status verilməsi tələbinin artıq vaxtı yetişib. Minsk qrupuna həmsədrlik edənlər hansı statusdan söhbət getdiyini bilmək istəsələr, cavab var. Onlara deyiləcək ki, siz Qarabağdakı haylara nə status istəyirsinizsə, Qərbi Zəngəzur və Göyçədə yaşamış azərbaycanlılara da eynisi verilməlidir”.
Millət vəkili qeyd edib ki, əgər hayların qədim Göyçəni Qeqarkunik, Zəngəzuru Sünik etmələri həmsədrlərdə sual doğurmursa, onda bolşevik uydurması olan "Dağlıq Qarabağ”ın ləğvi heç sual doğurmamalıdır:
"Çünki ora bizim torpaqdır və prezidentimizin də vurğuladığı kimi "Bizdə hansı inzibati vahidlərin ola biləcəyini biz müəyyən etməliyik. Yalnız biz etməliyik, bizdən başqa heç kim, heç bir ölkə, xüsusən Ermənistan bunu edə bilməz””.
Günay Rəsulqızı
Sfera.az