“Sülh prosesini bərpa etməyə hazırıq” - Ermənistan XİN

“Sülh prosesini bərpa etməyə hazırıq” - Ermənistan XİN
"Ermənistan sülh prosesini bərpa etməyə hazırdır”.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ermənistan XİN rəhbəri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Tərəflər bölgədə sabitlik və təhlükəsizlik üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında sülh prosesinin bərpasının vacibliyini vurğulayıblar.

Qeyd olunub ki, Mirzoyan Ermənistanın birgə bəyanatları dəstəklədiyini ifadə edib:

"Tərəflər təcili humanitar problemlərin həlli ilə bağlı fikir mübadiləsi apardılar. Görüşdə Ermənistan XİN başçısı Ermənistan tərəfinin ATƏT-in Minsk Qrupunun həmsədrliyi ilə Qarabağla bağlı sülh prosesini bərpa etməyə hazır olduğunu bildirdi”.

Əlavə olunub ki, gərginliyin azaldılması və humanitar məsələlərin həllinə ehtiyac var.

Həmsədrlər problemlərin hərtərəfli həlli yollarını tapmaq üçün mandatlarına uyğun olaraq işləməyə davam edəcəklərini bildiriblər.
 
(Qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...