Azərbaycan və Macarıstan XİN başçıları görüşdü

Azərbaycan və Macarıstan XİN başçıları görüşdü
BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sfera.az-a verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda "Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barəsində ətraflı məlumat verib.

Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqli oldugunu ifadə edib.

Peter Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirdi.
Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.
 

OXŞAR XƏBƏRLƏR

Atasının itkisi onu sarsıtdı: Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yarandı

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı səhhətində yaranan problemlərdən danışıb.   Sfera.az xəbər verir ki, o, bu barədə “Həmin Zaur&rdquo...

Bu xəstəliklər ölümü tezləşdirir - SİYAHI

Dünyada hər il milyonlarla insanın həyatını itirməyə səbəb olan ən təhlükəli xəstəliklər var.    Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşk...

Bakıda Boşanmış Qadın Keçmiş Ərini Döydü – Səbəb Alimentdir

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi...

Prezident İlham Əliyev Xankəndidə Pakistanın Baş naziri ilə görüşüb - FOTO

İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.   ...

Bu qidalar sonsuzluq yaradırmış - DİQQƏT!

Müasir dövrdə sonsuzluq (infertillik) hallarında artım müşahidə olunur. Bu artımın bir sıra səbəbləri arasında həyat tərzi, stress, ətraf mühit amilləri və gene...

Gənclərimiz Çinə üz tutur - Nə vəd edir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında s...