Su təminatına 10 milyon manat ayrıldı

Su təminatına 10 milyon manat ayrıldı

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Publika.az xəbər verir ki, son illərdə Azərbaycan Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,2 milyon nəfərə yaxın olan 524 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin olunması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 657 subartezian quyusu qazılıb, 150 subartezian quyusunda isə qazma işlərinə başlanıb.

 

Sərəncamda qeyd olunur ki, əhalisi 380 min nəfərə yaxın olan 37 şəhər və rayonun 134 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

 



OXŞAR XƏBƏRLƏR

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...

“Məsələyə Putinin özü qarışmalıdır” - Qüdrət Həsənquliyevdən SENSASİON MÜSAHİBƏ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliy...