"Sarı gəlin"də dolma da, lavaş da ermənilərindi!

 
Bəzən düşünürəm ki, dünyada bizim qədər yumor hissi olan ikinci bir millət, ikinci bir xalq yoxdur. Elə kreativliyimizlə bağlı da bu fikirdəyəm. Axırıncı dəfə aşıq Telli Borçalının fotoşopda "saçını qırxdırıb" "Telsiz Borçalı" eləyəndən sonra bu qənaətə gəlmişəm, qınamayın. Ancaq mən həm də bu qənaətdəyəm ki, dünyada bizdən laqeydi yoxdur. Xüsusən də əgər nəsə şəxsi deyilsə, ona laqeydik. Məsələn, yolda görsək ki, kimsə əlinə balta alıb xiyabandakı ağacı, kölgəliyi kəsir, reaksiyamız necə olar? Ən yaxşı halda ürəyimizdə qınayarıq. Bəs görsək ki, həmin adam bizim həyətimizdən bir pomidor şitilini icazəsiz çıxardıb, aparır öz bağçasında əkməyə, onda necə? Təbii ki, etiraz edərik, hələ başqa şeyləri demirəm.

Deməli, biz bizim olmayan, həm də bizim olan nəsnələrə qarşı laqeydik. Halbuki o xiyabanda kəsilən ağaca görə də etiraz etməliyik, dənizə axıdılan çirkaba da, çaya tökülən zibilə də. Nə olsun ki, şəxsi mülkümüz deyil. Bizimdir axı. Ziyanı da həmçinin...

Bu günlərdə Abşeron rayonunda birinci dolma festivalı keçirilir. Başa düşürəm, düşünəcəksiniz ki, zarafatdır, amma belə deyil. Doğrudan da Abşeronda belə bir festival keçirilir. O Abşeronda ki, baxçasının direktoru yeni ulduzdu, müğənnidi, o Abşeronda ki, şəhidinin barelyefi yerlərdə gəzir. Ancaq elə həmin Abşeronda dolma festivalının keçirilməsi daha məqsədəuyğun sayılıb. Bəs indiyə kimi Azərbaycanda belə bir festival keçirilibmi? Təbii ki, xeyr. Amma təxminən 1-2 ay əvvəl eyni festival Ermənistanda keçirilmişdi. Doğrudur, Şəbnəm Karslı demişkən, həmin festivalda nümayiş etdirilən dolmalara baxanda başqa təəssürat yaranırdı. Rahatlıqla belə düşünmək olardı ki, həmin dolmalar bir dəfə yeyilib, sonra festivala gətirilib. Ancaq istənilən halda, bizdən qabağa düşmüşdülər.

10-15 il öncə "Sarı gəlin" mahnısına yaxın düşən yox idi. Oxuyanlarımız bu mahnıya ikinci növ mahnı kimi baxırdılar. Həm də onların təbirincə desək, "çörəkli mahnı" deyil axı. Halbuki mahnının sözləri də deyir ki, bu bəstə, bu əsər bizə məxsusdur. Ermənilər mahnıya iddia edən kimi 7-dən 77-yə hamı başladı "Sarı gəlin" oxumağa.

Lap primitiv bir misal çəkim. Dünənə kimi Nadirin oxuduğu "Maral, maral"ı hamımız oynayırdıq, ellikcə də ələ salırdıq. Bir dığa mahnını oğurlayıb oxuyan kimi bütün saytlarda manşet oldu.

Elə ona görə də, dünya "Sarı gəlin"i də, dolmanı da, lavaşı da, xiyarı da ermənilərin bilir. Həmkarım Səxavət Məmməd demişkən, indi sabah, ermənilər çıxıb, "rüşvəti ilk dəfə biz kəşf etmişik, bu bizə məxsusdur" desə, yəqin, rüşvət festivalı da keçirərik.

OXŞAR XƏBƏRLƏR

Prezident ECO-nun Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən paylaşım edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ECO-nun 17-ci Zirvə görüşünün iştirakçılarının Ağdama səfərindən sosial şəbəkə hesablarında paylaşım edilib...

Gün sizdən yanadır - Bu bürclərin DİQQƏTİNƏ

Bu gün səmada hərəkətlilik var. Günün əsas astroloji hadisəsi Ayın Şir bürcündə hərəkət etməsidir ki, bu da cəsarət, özünüifadə və yaradıcılıq enerjisini güclən...

Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib

3 iyul 2025-ci il tarixində saat 19:00-da Sərhədçi Olimpiya İdman Mərkəzində ümumrespublika iclası keçirilib. Sfera.az bildirir ki, iclasda məşqçi-müəlliml...

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ – Bu maşınlar BAHALAŞACAQ

Avro sürətlə dəyər qazanır. Bu da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Məsələn Avropa Mərkəzi Bankının (ECB) rəsmiləri avronun sürətlə bahalaşmasının inf...

Ərdoğan Xankəndiyə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Xankəndi şəhərində keçiriləcək 17-ci Zirvə görüşündə i...

Azərbaycanın tanınmış musiqiçisi vəfat etdi - FOTO

Tanınmış nağara ifaçısı Qaraş Cəlilov vəfat edib.   Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçi 75 yaşında yaşadığı Şirvan şəhərində d...