Qarından azad olmaq istəyənlər üçün pəhriz qaydaları
Sağlıq
00:31 / 01.07.2016
2831
Yay gəldi qarın əzələləriniz hələ də görsənmir? Qarın nahiyəsindəki artıq piylərdən azad olmaq lazımdır? Bu yazını oxumağa dəyər.
Qarın və
yan nahiyələrindən piylərin əridilməsi
1. Qida ənənənizə
yenidən baxın. Artıq çəki ilə mübarizəyə ağır idmanla, sərt pəhrizlərlə
başlamaq olmaz. Yaxşı olar ki, qida rasionunuza diqqət yetirəsiniz, qlikemiya
indeksi yüksək olan məhsulları meyvə-tərəvəz ilə əvəz edəsiniz. Pəhrizə keçidi
nə qədər yumuşaq etsəniz, bir o qədər həmin pəhrizə dözümlü olacaqsınız.
Zamanla əvvəlki çəkinizə və düz qarına sahib olacaqsınız.
2. Aylıq
məqsədlər qoyun. Motivasiya nə qədər dəqiqdirsə, nəticələr də daha dəqiq
olacaq. Daimilik isə mütləqdir. Aylıq məqsədiniz 5 kq ola bilər. Lakin 15 kq
olsa, siz yenidən başa qayıtmış olacaqsınız və heç bir nəticə əldə edə bilməyəcəksiniz.
3. Sadə pəhrizə
başlayın. Yadda saxlayın ki, çəki azaldan pəhrizlər kişilərdə daha effektli
olur, nəinki qadınlarda. Ən sadə pəhriz saxladığınız halda belə fiziki məşqlər
olmadan ilk həftədə təsir edəcəkdir. Lakin birdən sərt pəhrizə keçsəniz,
itirdiyiniz çəki yenidən qayıdacaq.
4.
Ehtiyyatla idmana başlayın. Əgər siz heç vaxt qaçmamısınızsa, orqanizmi gündəlik
30 dəqiqəlik qaçışlara öyrəşdirməyə tələsməyin. Nəticədə dizləriniz ağrıyacaq,
çəkiniz isə azalmayacaq. Bundan səvai kişilər idmanla məşğul olan kimi pəhrizi
unudur və idmanla hər bir şeyin həll olunucağını düşünür. Tamamilə yanlış
fikirdir!
5.
Yağların əridilməsi barədə elmi materialları araşdırın. Düz arıqlamağın və düz
məşqin yollarını öyrənin, mənasız yerə vaxtınızı itirməyin.
6. Piyləri
əzələ ilə əvəz edin. Əzələ artımı orqanizmdə testosteronu artıraraq, təbii yağ əriməsinə
səbəb olacaq, özünüzə inamı artıracaq, daha seksual edəcək. Lakin məqsədlər dəqiq
olmalıdır. Orqanizm çox zaman eyni anda hər ikisini etməyə qadir olmur.
7. Qarın əzələlərini
bərkidin. Qarın əzələlərinin məşqinə ilk öncə piy qatlarından azad olduqdan
sonra başlamalısınız. Yadınızda saxlayın, qarın əzələləri hamıda var, lakin piy
qatları onları örtüb. Əgər artıq çəkidən azad olmaq istəyirsiniz isə ilk öncə
qidalanmağa diqqət yetirməlisiniz, fiziki məşqlər yalnız köməkçi rol oynayır.