“Minimum 3-4 həftə lazımdır ki, vəziyyətin dəyişdiyini görə bilək” – Həkim

“Minimum 3-4 həftə lazımdır ki, vəziyyətin dəyişdiyini görə bilək” – Həkim
"Tələbələrin, məktəblilərin, ümumiyyətlə, peyvənd olunmayanlar arasında çoxluq təşkil edən bu yaş qrupunun aktiv şəkildə normal həyata qayıtması Azərbaycanda vəziyyəti çətinləşdirə bilər”.

Bunu Sfera.az-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.
 
Müsahibimiz bildirib ki, həmin yaş qrupları bu mərhələdə yüksək effektivli peyvəndlərlə qorunmayıblar:

"Minimum 3-4 həftə lazımdır ki, biz vəziyyətin dəyişdiyini görə bilək. Burada fərqli strategiyaların tətbiq edilməsinə ehtiyac var. Şagirdlərə, tələbələrə nə qədər çətin olsa da, onlar bildiyimiz qızıl qaydalara əməl etməlidirlər – maska taxmaq, sosial məsafə saxlamaq, qapalı şəraitdə kollektiv olaraq az iştirak etmək və.s. kimi şeylər izah edilməlidir. Eyni zamanda  peyvəndləməyə yaşı çatanlara yüksək effektivli vaksin təklif edilməlidir. Məktəblərdə də fərqli strategiyalar olmalı və bu, bütün məktəblərin birdən-birə qapanmasına şərait yaratmamalıdır. Strategiyalar hansısa məktəbdə, yaxud sinifdə yoluxma olduğu halda, yalnız onların distant təhsilə keçməsinə, digərlərinin əyani formada fəaliyyətinə imkan verməlidir”.

Mütəxəssis həmçinin qeyd edib ki,  vaksinasiyanın bugünkü sürəti yoluxmanın ləngiməsinə səbəb olur:
 
"Peyvəndləmə yoluxma əmsalını aşağı sala bilir. Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda yüksək effektivli peyvənd olunmaq sürəti ilə "Delta” variantının yayılma sürətinin yoluxma əmsalına baxsaq, yoluxmalarda ləngimənin az olduğunu görərik. Bizə bundan da sürətli peyvəndləmə lazımdır ki, vəziyyətdən daha az itki ilə çıxa bilək. Ümumiyyətlə, bütün valideynlərin bir nömrəli məqsədi uşaqlarda ümumi simptomlar olduğu zaman mütləq olaraq test vermək və uşaqları canlı ünsiyyətdən çəkindirmək, ev şəraitində  saxlamaq olmalıdır”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...