Bakıda qayda pozan yol polisinə 100 manat - 4 bal cərimə yazıldı – VİDEO

Bakıda qayda pozan yol polisinə 100 manat - 4 bal cərimə yazıldı – VİDEO
Dünən Avtosfer.az saytı 99 YP 363 dövlət nömrə nişanlı YPX avtomobilində xidmət aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşının xidmət zamanı qayda pozuntusunu əks etdirən video yayımlamışdı. Videoda həmin YPX avtomobilini idarə edən əməkdaşın "Olimpin yanı" kimi tanınan ərazidə – İnşaatçılar prospektində nəqliyyat vasitələrinin qarşısına çıxaraq kobud qayda pozuntusuna yol verməklə geri dönməsi əks olunub. Həmin əməkdaş qayda pozarkən xüsusi səs siqnalından və sayrışan işıqlardan istifadə etməyib.

Videomaterialla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dərhal araşdırma aparıb. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, həmin əməkdaşın qayda pozuntusuna yol verdiyi videokameralar vasitəsilə aşkar edilib: "Avtosfer.az saytında yayılan video ilə yanaşı, həmin ərazidə quraşdırılmış kameraların və patrul avtomobilindəki kameranın görüntülərinə baxış keçirildi. Məlum oldu ki, həmin əməkdaş sözügedən ərazidə xidmət aparmaq üçün təhkim edilib. Yəni, həqiqətən də ora onun xidmət yeridir. Geriyə dönərkən düz edib, lakin qayda pozuntusuna yol verib. Buna görə də, həmin əməkdaş inzibati məsuliyyətə cəlb olunub və barəsində protokol tərtib edilib".

 

Qeyd edək ki, YPX əməkdaşı İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən, 100 manat - 4 bal cərimə ilə cəzalandırılıb.

 

Vaqif Əsədovun sözlərinə görə, DYP rəhbərliyi sosial şəbəkələrdə, internet saytlarında və televiziyalarda yayılan videolarda polislə bağlı hər hansı məqam olduqda dərhal araşdırma aparır və tədbir görür. Bundan əlavə, DYP rəhbərliyi müxtəlif vasitələrlə bütün yol polislərinin fəaliyyətinə nəzarət edir: "Hər hansı qayda pozuntusu aşkar olunarsa əməkdaşlar cəzalandırılır. Avtosfer.az saytında yayılan videoda da əməkdaşın qayda pozuntusuna yol verdiyi təsdiqini tapdığı üçün onun barəsində tədbir görüldü".

 

Bölmə rəisinin sözlərinə görə, gün ərzində Daxili İşlər Nazirliyinin 102, Baş Dövlət Yol Polisi İdarəsinin 902 xidmətinə yol polisi ilə bağlı daxil olan zənglər də dərhal araşdırılır və müvafiq tədbirlər görülür.


 
 


OXŞAR XƏBƏRLƏR

Küçələrdən yığdığı butulkalarla ev aldı - FOTO

Yeni Cənub Galler əyalətində Damian Qordon adlı şəxs illərdir küçələrdən yığdığı butulkalarla özünə iki otaqlı balıqçılıq kabinəsi alıb.   Sfera.az&n...

Xarici şirkətin Azərbaycandakı filial direktoru HƏBS EDİLDİ

“Akaray Grup İnşaat Ticarət İthalat və İhracat Limited” şirkətinin Azərbaycandakı filialının direktoru Arif Mansurov dələduzluq ittihamı ilə həbs ed...

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb

Daşkəsəndə meşədə itkin düşən Kəlbəcər sakini tapılıb.   Bu bardə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional q...

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA

Paytaxtın bir çox məkanlarında qoyulan "BakıKart" terminallarında balansı artırmaq üçün qəpikdən istifadə etmək mümkün deyil.   Xüsusilə me...

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...