Daha bir azərbaycanlı iş adamı öldürüldü

Daha bir azərbaycanlı iş adamı öldürüldü

 

Ukraynanın Pokrovsk şəhərində (keçmiş Krasnoarmeysk) azərbaycanlı iş adamını öldürərək, 40 min dollarını aparıblar.


Pokrovsk Azərbaycanlılar Konqresindən verilən məlumata görə, öldürülən şəxs əslən Azərbaycanın Xaçmaz rayonundan olan, 1966-cı il təvəllüdlü Ukrayna vətəndaşı Abdulla Abdullayevdir.

Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələri olan A. Abdullayev iyunun 14-də axşam saatlarında evinə gedərkən öldürülüb.

İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılıb. Onun başında güllə yarası aşkarlanıb. Qatillər avtomobildəki 40 min dollara yaxın pulu da aparıblar.

Yaşadığı şəhərdə dəfn olunan iş adamının qətli ilə bağlı cinayət işi başlanılıb, qatillər axtarılır.

Qeyd edək ki, bu günlərdə Donetsk vilayətinin Qorlovka şəhərində də azərbaycanlı iş adamı İlqar Aşurov oğurlanaraq öldürülüb. Cinayəti törədənlər onun avtomobilini və killi miqdarda pulunu oğurlayıblar.

Bundan başqa, Pokrovskda "Azərbaycan” Cəmiyyətinin sədri Şahin Bəylərovun mülkləri və iki avtomobili partladılıb.

Son bir ildə isə Ukraynada 25 azərbaycanlının yoxa çıxdığı bildirilir.



OXŞAR XƏBƏRLƏR

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

Azərbaycanın Baş naziri Əli Əsədov Pakistanın neft naziri Əli Pervaiz Maliklə görüşüb.   Bu barədə Sfera.az-a Nazirlər Kabinetindən məlumat verilib. ...

Oyuncaq silahla qorxu yaradan sürücü həbs edildi

Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırıl...

Vilayət Eyvazov rəislərə bu məsələlərlə bağlı tapşırıqlar verdi - VİDEO

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 1-də və 2-də Bərdə Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.   Sfera.az xəb...

Bakıda uşaq meydançasından uşaq oğurlanıb? - VİDEO

Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb.   Sfera.az xəbər verir k...

Özgəsinin sənədi ilə sərhədimizdən keçmək istədi...

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin ...

Mayda ən yüksək temperatur bu rayonda QEYDƏ ALINIB

2025-ci ilin may ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 26 gün normadan yuxarı (0.2-6 dərəcə) olub. Bu barəd...