“Atası azərbaycanlı olan heç bir erməniyə vəzifə verilməyib” – Paşinyan tərəfdarları niyə daşa basıldı?

12:27 / 03.09.2021
3618
"Bu
olaya həm adi narazılıq hadisəsi kimi, həm də "Qarabağ klanı”nın təxribatı kimi
baxmaq olar. Prosesdə hər iki amil özünü göstərir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Qarabağ
ermənilərinin qondarma "müstəqillik günü” tədbirinə qatılmaq istəyən Ermənistanın
hakim partiya nümayəndələrinin daşa basılmasına münasibət bildirərkən,
politoloq Cümşüd Nuriyev deyib:
"Paşinyan tərəfdarlarının daşa basılması acı məğlubiyyətə
etiraz idi. Bu insidentdə həm də klanlararası mübarizənin işartıları gizlənir.
Paşinyan yeni hökumətə Qarabağ kökənli bir ermənini belə buraxmayıb. İlk dəfədir,
erməni hakimiyyəti atası azərbaycanlı olanlardan da təmizlənib. "Qarabağ klanı”
isə bu məqamdan yararlanmağa çalışaraq məlum insidentə rəvac verib”.
Elçin