“Mirzoyanın nazir təyin edilməsi Kremldə müsbət qarşılanmır” - Politoloq

12:13 / 03.09.2021
1368
Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərhədlərin delimitasiyasi və demarkasiyası
prosesinin aparılmasının zəruriliyini bildirib.
Bundan başqa Rusiya XİN bütün məsələləri istisnasız
olaraq siyasi-diplomatik metodlarla nizamlamağın vacibliyini qeyd edib.
Maraqlıdır, Lavrovun bu çıxışı Rusiya və Ermənistan münasibətlərində soyuqluğa səbəb
ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd
Əsədullazadə Kremlin Ermənistandan narazı olduğunu deyib:
"Rusiya
XİN rəhbəri Sergey Lavrovun erməni həmkarı ilə mətbuat konfransında iki ölkə
arasında sərhədlərin delimitasiya və demarkasiya ətrafında danışıqların
vacibliyini vurğulaması Yerevana mesajdır. Moskva
Ermənistanın indiki siyasətindən narazıdır. Xüsusilə, Ararat Mirzoyanın nazir təyin
edilməsi Kremldə müsbət qarşılanmır. Ona görə də bu kimi məsələlərdə Moskva çalışır
ki, Yerevana təzyiqlər etsin. Lavrov Ermənistanın istədiyi ifadəni işlətsəydi təbii
ki, Azərbaycanda ciddi narazılıq olardı. Ona görə də burada Lavrov danışıqlar
prosesini və nziamlanmanı önə çəkdi".
Politoloq Rusiyanın sərhədlərin delimitasiyasında
maraqlı olmadığını sözlərinə əlavə edib:
Əzizə Zeynal
Sfera.az