"Ermənistana növbəti yekun zərbə vurulacaq" - Millət vəkili

"Ermənistan bu addımları Azərbaycanı təxribata çəkmək üçün atdı”.
 
Sfera.az bildirir ki, bunu deputat Ceyhun Məmmədov ötən gün Xankəndində qondarma rejimin "müstəqillik” gününü qeyd etməsindən danışarkən deyib.

Millət vəkili xatırladıb ki, Paşinyan da vaxtilə tez-tez Qarabağa səfər edərək Qarabağın Ermənistan ərazisi olduğunu söyləyirdi:

"Yəqin ki, hər birimiz ötən ilin may ayında Paşinyanın Şuşaya səfərini, orada sərxoş vəziyyətdə rəqs etməsini yaxşı xatırlayır. O vaxt da cəmiyyətdə Şuşanın vurulması ilə bağlı ciddi çağırışlar edilirdi. Ancaq ölkə rəhbərliyi soyuqqanlılıq nümayiş etdirərək uyğun məqamı gözlədi. Nəhayət, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ermənistana yekun zərbəni vuraraq, qısa müddətdə işğal altında olan torpaqlarımızı düşməndən azad etdi. 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hazırda Qarabağda baş verənləri diqqətlə izləyir. Lazım olan məqamda Ermənistana növbəti yekun zərbə vurulacaq. Ermənistan havadarlarına nə qədər arxayın olsa da, bu onu Azərbaycanın əlindən xilas edə bilməyəcək. Görünür, bir dəmir yumruq Ermənistanın özünə gəlməsi üçün yetərli olmadı, növbəti yumruğa ehtiyac var. Ermənistan tərəfi bilməlidir ki, Azərbaycan torpaqlarının işğalı ilə heç zaman barışmayacaq”.

C.Məmmədov qeyd edib ki, hazırda əsas məqsəd və hədəf qələbənin daha da möhkəmləndirilməsi, birlik və həmrəyliyimizin qorunması, abadlıq işlərinin sürətli aparılması olmalıdır:

"Yorğan davasının hazırkı məqamda heç yeri yoxdur. Zaman gələcək Şuşa kimi Xankəndi də düşmən əsarətindən xilas olunaraq Şuşa kimi işığa qərq olacaq. O gün uzaqda deyil, buna tam əminik”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR