“Türkiyə hərbi bazaları Azərbaycanda yerləşməlidir” - Politoloq

Siyasət
15:42 / 02.09.2021
1155
"Rusiyanın
Cənubi Qafqazla bağlı siyasəti Azərbaycanın milli maraqlarına tamamilə ziddir".
Sfera.az xəbər verir ki, bunu siyasi şərhçi
politoloq Samir Hüsmbətov deyib. Ekspert buna səbəb kimi Ermənistan və Rusiya
xarici işlər nazirlərinin görüşünü göstərib:
"Artıq
Rusiyanın Cənubi Qafqazla bağlı siyasətinin iç üzü açılır. Bir neçə gün öncə
Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Moskvaya səfəri zamanı Rusiya XİN
başçısı Sergey Lavrovla görüşündə hər iki nazirin Qarabağ münaqişəsi ilə bağlı
verdiyi açıqlamalar və baş verən proseslər onu deməyə əsas verir ki, Rusiyanın
Cənubi Qafqazla bağlı siyasəti Azərbaycanın milli maraqlarına tamamilə ziddir.
Ermənistan XİN başçısı Ararat Mirzoyan mətbuat konfransında bildirdi ki, Ermənistan
və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı hansısa danışıqlar getmir. Bu
isə Ermənistanın niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Həmin mətbuat
konfransında Rusiya XİN başçısı Sergey Lavrov isə 10 noyabr 2020-ci ildə
imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə
soxularkən tutulmuş diversantlarının "hərbi əsir" adı ilə geri qaytarılmasının
vacibliyini bildirib".
Politoloq Türkiyə hərbi
bazalarının Azərbaycanda yerləşdirilməsi məsələsinə toxunub:
"Digər
tərəfdən isə Rusiya Müdafiə Naziri Sergey Şoyqu Ermənistana silah tədarükünün
başladığını bildirdi. Bugün isə Ermənistan parlamentinin 3 fraksiyasını təmsil
edən 20 deputat qondarma rejmin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq rus
"sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Xankəndiyə gəlib. Bütün bu proseslər onu göstərir ki, Azərbaycana qarşı
məkirli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən
Rusiya tərəfindən də aparılır.
Əzizə Zeynal
Sfera.az