“Qoy, nə qədər qışqırırlar, qışqırsınlar...” – Zərdüşt Əlizadədən ermənilərin status istəyinə cavab

14:07 / 02.09.2021
1835
"Qarabağ ermənilərinə hansısa statusun
verilməsi mövzusu birmənalı olaraq bitib”.
Bu sözləri Sfera.az-a açıqlamasında İrəvan
tərəfindən Qarabağın statusu məsələsinin yenidən qaldırılmasına münasibət
bildirərkən, politoloq Zərdüşt Əlizadə deyib:
"Ermənistan tərəfdən Qarabağın statusu məsələsi
dəfələrlə qaldırılıb və onlar yenə də bu çirkin niyyətlərindən əl çəkməyib. Azərbaycan
tərəfi isə deyir ki, status məsələsi boş söhbətdir, qurtardı. Bu, birmənalıdır”.
Həmsöhbətimiz bildirib ki, Ermənistan Azərbaycana
status məsələsini sırıya bilməz, gücləri çatmaz: "Hətta hamiləri dəstək olsalar
da bu mümkün görünmür. Azərbaycan dəfələrlə bəyan edib ki, bu məsələni müzakirə
etməyəcək, məsələ bitdi. Vaxtilə, xoşluqla deyirdik ki, dünyada ən yüksək
statusu verməyə hazırıq. Ancaq Azərbaycanın ərazi bütövlüyünü tanımaq şərtilə. Lakin
onlar daşı ətəklərindən tökməyərək, "yox” dedilər”.
Elçin