Neftin qiyməti ucuzlaşmağa başladı

Neftin qiyməti ucuzlaşmağa başladı
Dünya neft qiymətləri ucuzlaşmağa başlayıb.

Sfera.az xəbər verir ki, bunu ticarət sövdələşmələrinin nəticələri göstərir.

Bakı vaxtı ilə saat 17:53-ə olan məlumata görə, "Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 1,37% azalaraq 70,65 dollar/barelə düşüb. WTI markalı neftin oktyabr fyuçersləri isə 1,64% dəyər itirərək bir barel üçün 67,42 ABŞ dolları təşkil edib.

Qeyd olunur ki, buna Rusiya Baş nazirinin müavini Aleksandr Novakın açıqlamaları təsir edib. Belə ki, o, OPEC+in dünya neft bazarındakı izafi ehtiyatların öhdəsindən gəldiyini və indi tarazlığı qorumaq, hasilat və tələbatı sinxronlaşdırmağın zəruri olduğunu söyləyib. O, həmçinin qlobal neft bazarının 2022-ci ildə tam bərpa olunacağına ümid etdiyini və bu il tələbatın gündəlik 5,8-6 milyon barel artacağının gözlənildiyini bildirib.

Xatırladaq ki, OPEC+ koronavirus pandemiyası səbəbindən neftə olan tələbatın azalması səbəbindən keçən ilin may ayından bu yana hasilatını gündəlik 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə razılaşmaya korrektələr edilib. 2021-ci ilin avqust ayından etibarən isə alyans hər ay hasilatı gündəlik 400 min barel artırır və 2022-ci ilin sentyabr ayının sonuna qədər tədarükü azaltmaq öhdəliklərindən tədricən geri çəkilməyə ümid edir. Bu ilin sentyabr ayı üçün bu, gündəlik 4,96 milyon barel təşkil edir.

Əlavə edək ki, bu gün OPEC+ çərçivəsində bir sıra görüşlər keçirilir və razılaşma iştirakçıları neft hasilatının tədricən artırılması ilə bağlı planların saxlanıb-saxlanılmayacağına qərar verəcək.
 
(Report)
 

OXŞAR XƏBƏRLƏR

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...