Əlahiddə Ümumqoşun Orduda məşğələlər keçirilir - VİDEO

Cəmiyyət
20:37 / 01.09.2021
1778
Əlahiddə Ümumqoşun Ordunun rabitə bölmələrində məşğələlər keçirilir.
Bu barədə Sfera.az-a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.
Yaranmış mürəkkəb şəraitdə rabitənin təmini ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə keçirilən məşğələlərdə səhra rabitə qovşağının ərazidə açılması praktiki olaraq məşq etdirilir.
İdarəetmənin təşkili üçün ərazidə açılmış dayaq və mobil radioqovşaqlardan gənc rabitəçilərin qərargahlararası məlumatlar mübadiləsini yüksək keyfiyyətlə yerinə yetirmə bacarıqları yoxlanılır.