Bakıda restoranda yanğın

Hadisə
19:32 / 01.09.2021
2503
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 300 kvadrat metr (hər mərtəbəsi 100 kvadrat metr) olan restoran kimi fəaliyyət göstərən üçmərtəbəli binanın birinci mərtəbəsində bir ədəd məişət avadanlığı yanıb.
Sfera.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bina yanğından mühafizə olunub. Yanğın söndürülüb.