Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA

Sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq? - AÇIQLAMA
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF-in Azərbaycandakı Nümayəndəliyi sentyabrın 15-dən ənənəvi təhsilə qayıdışla bağlı müraciət edib. Hər iki qurum tərəfindən "Məktəbə qayıdış” kampaniyası üçün Təhsil Nazirliyinə, eləcə də yerli səhiyyə qurumlarına birgə dəstək veriləcəyi bildirilib.
 
Maraqlıdır, sentyabrın 15-i məktəblərin açılması real görünürmü? Ənənəvi təhsilə qayıdış üçün hansı addımlar atılmalıdır?
 
Məsələ ilə bağlı Sfera.az-a danışan təhsil eksperti Elvin Bədirli ənənəvi təhsilə qayıdış üçün tədris müəssisələrində lazımı tədbirlərin görülməli olduğunu bildirib:

"Tədris ili istənilən şəraitdə xüsusilə aşağı siniflər üçün ənənəvi qaydada bərpa olunmalıdır. Çünki orta məktəblərdə ənənəvi təhsil bərpa edilmədən onların təhsilinə vurulmuş zərəri növbəti illər ərzində aradan qaldırmaq mümkün olmayacaq. Artıq gün ərzində 100 mindən çox şəxs vaksin olunur, xeyli sayda şəxs hər iki doza üzrə vaksin olunub. Bütün bu nəticələrə baxanda məktəblərdə və univeristetlərdə tədrisin ənənəvi formasının tətbiqini görəcəyik. Sadəcə ictimaiyyətdə sual doğuran məqam ənənəvi formaya keçiddən sonra təkrar hibrid təhsilə qayıdış və qapanma ilə bağlıdır. Düşünürəm ki, təhsil müəssisələrində zəruri tədbirlər görülərsə və vaksinləmə bu templə davam edərsə, artıq sentyabrın 15-i dərslər əvvəlki qaydada başlayacaq". 

Ekspert I-IX sinif şagirdləri üçün ənənvi təhsilə qayıdışın xüsusilə əhəmiyyətli olduğunu deyib:

"Xüsusilə də 1-9-cu siniflərdə təhsilin bərpa edilməsi daha real görünür Onsuz da yuxarı sinif şagirdləri üçün məktəbə gedib-getməmək bir o qədər də əhəmiyyət daşımır. Çünki onlar ali məktəbə hazırlaşdıqları üçün məktəbə getməyi zaman itkisi kimi dəyərləndirir. Bu baxımdan aşağı sinif şagirdləri üçün mütləq tədbirlər görülməlidir ki, ən azından hibrid qaydada da olsa, tədris bərpa edilsin". 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR

Prezidentin Pezeşkianla səmimi - GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycanda rəsmi səfərdə olub.   Sfera.az-ın məlumatına görə, Azərbaycan Prezi...

Enginlə Afra tərəf müqabili oldu

Türkiyəli aktyor Engin Akyürek sonuncu dəfə "Yalı çapkını" serialında rol alan həmkarı Afra Saraçoğlu ilə tərəf müqabili olub.   Sfera.az x...

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....