Şuşaya qayıdışdan bəhs edən “28” qısametrajlı filmi beynəlxalq film festivalının finalında - FOTO

Şuşaya qayıdışdan bəhs edən “28” qısametrajlı filmi beynəlxalq film festivalının finalında - FOTO
Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı (YTB),  TRT, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Sinema Genel Müdürlüyü, Anadolu Agentliyi və Boğaziçi Kültür Sanat Vakfı təşkilatçılığı ilə Diaspora Beynəlxalq Qısa Film Festivalı, kifayət qədər rəqabətli seçimlərdən sonra tamaşaçı qarşısına çıxıb. İlk ilində 6 qitədən ümumi 3123 filmin müraciət etdiyi və 24 filmin finalist olmağa haqq qazandığı festival, 27-29 Avqust tarixlərində İstanbul Atlas Kinoteatrında təşkil edilib.

Türk dilli filmlər kateqoriyasında azərbaycanlı rejissor Nazim Şərbətovun ərsəyə gətirdiyi qısametrajlı "28” filmi də finala vəsiqə qazanıb. Film Hollandiyada yaşayan jurnalist Xatirə Sərdarqızının 28 il sonra Şuşaya qayıdışının hekayəsini və müharibə nəticəsində aldığı uşaqlıq travmasından bəhs edir. Qeyd edək ki, film Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanıb. 

Atlas kinoteatrında nümayiş etdirilən "28” filmi tamaşıçılar tərəfindən maraqla qarşılanıb. Filmin nümayişindən sonra rejissor Nazim Şərbətov film və Qarabağ haqqında sualları cavablandırıb. Filmin qəhrəmanının real həyatda da əslən Şuşadan olduğunu və 1-ci Qarabağ müharibəsində yurd-yuvasından köçmək məcburiyyətində qaldığını qeyd edən rejissor, qəhrəmanın uşaq vaxtı travmalar, psixoloji sarsıntılar yaşadığını söyləyib. "Bu hekayədə müharibənin insanlar və uşaqların üzərində nə kimi travmalara səbəb olduğunu göstərmək istədik,” deyən Nazim Şərbətov, işğaldan azad olunan bölgələrə gedərək müharibənin yaratdığı dəhşətli izləri göstərmək istədiyini qeyd edib.

Festival çərçivəsində bir sıra müxtəlif tədbirlər və görüşlər təşkil edilib. Kino tənqidçiləri və təcrübəli rejissorlar iştirakçılarla görüşərək fikir mübadiləsi aparıb. Festival konsert proqramı və  mükafatların təqdim edilməsi ilə yekunlaşıb.


OXŞAR XƏBƏRLƏR

Ballıca və Sarıcalıya böyük köç - 237 nəfər doğma yurduna qayıtdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi planlı şəkildə davam etdirilir.   Sfera.az xəbər v...

Kirayə yolu ilə mənzil almaq, yoxsa ipoteka: Hansı daha sərfəlidir?

Ev almaq arzusunda olub, lakin qiymətlərin yüksək olması səbəbindən planlarını bir müddət təxirə salan şəxslər üçün bir neçə seçim mövcuddur. Bunlara ipoteka və...

İcazəsiz Həccə gedənlər cəzalanacaq - 26 min, 10 il giriş qadağası...

Səudiyyə Ərəbistanı builki Həcc mövsümündə qaydalara əməl etməyənlərə qarşı ağır cərimələrin tətbiq ediləcəyini açıqlayıb.   Sfera.az xəbər verir ki,...

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...