COVID-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılacaq?

COVID-19 pasportlarını oxuyan xüsusi avadanlıqlar quraşdırılacaq?
"Yeni məhdudiyyətlərin tətbiqində məqsəd Azərbaycanda vaksinasiya prosesini sürətləndirməkdən ibarətdir”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkilinin sözlərinə görə,  yeni qaydaların tətbiqi ilə yanaşı, onların icrasına nəzarətin daha gücləndirilməsi və prosesin tam elektronlaşdırılması da vacibdir:

"Bütün ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində elektron COVID-19 pasportlarını oxuyan xüsusi avadanlıqların quraşdırılmasına ehtiyac var. Bu prosesə elektron nəzarəti formalaşdırmaqla yanaşı, eyni zamanda növbələrin sayını və kənar müdaxilələri azaldar.
Digər tərəfdən, qaydaların icrasına ictimai nəzarət gücləndirilməlidir. Pandemiyanın ilk aylarında vətəndaş cəmiyyəti institutları maarifləndirmə tədbirlərində fəal iştirak etsələr də, sonrakı mərhələlərdə bu istiqamətdə aktivlikləri azaldı. Əksər dövlət qurumlarının yanında İctimai Şuraların yaradıldığını nəzərə alsaq, vətəndaş cəmiyyəti institutlarının prosesə aktiv cəlb olunması və monitorinqlər aparması məqsədə uyğun olardı. Bütün bunlar vaksinasıya prosesinin sürətləndirilməsinə dəstək ola bilər”.

Deputat həmçinin vaksinasiya ilə bağlı son statistik rəqəmlərdən də söz açıb:

"Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın məlumatına görə, indiyədək 6 milyon 805 min vətəndaşımız peyvənd olunub. Onlardan 2 milyon 692 min nəfəri hər iki dozadan istifadə edib. 4 milyon 113 min vətəndaşımız isə yalnız bir doza peyvənd olunub.  Bu o deməkdir ki, hər iki doza üzrə peyvənd olunanlar ümumi vaksinasiyadan keçənlərin hətta 40 faizni də təşkil etmir. Həmin kateqoriya üzrə digər 60 faizdən çox vətəndaşımız isə hələlik cəmi bir dəfə peyvənd oluna biliblər. Bu isə o anlama gəlir ki, əsasən qadağalar elan olunandan sonra vətəndaşlar arasında vaksinasiyaya meyil artıb. 

"Bloomberg” agentliyinin məlumatına görə isə, dünyada 183 ölkədə 5 milyard 310 milyon doza vaksin istifadə olunub. Azərbaycanda isə əhalinin 26.5 faizi hər iki dozadan istifadə edib. Vaksinasiya səviyyəsinə görə ölkəmiz MDB-də Qazaxıstandan (28.7 %) sonra ikinci olsa da hələlik mövcud peyvəndləşmə faizi ilə əvvəlki normal həyata qayıtmaq mümkün deyil. Bu baxımdan, vaksinasiya prosesinin daha da sürətləndirilməsi vacibdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...