Azərbaycan 23 ölkə ilə idxal şərtlərini dəyişdirdi

Azərbaycan 23 ölkə ilə idxal şərtlərini dəyişdirdi
"Azərbaycan 23 ölkəyə idxal zamanı toxumların virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyub".

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda həmin ölkələrdən Azərbaycana idxal edilən əkin və səpin materialları müxtəlif virus və bakteriyalar üzrə ekspertiza olunur.

Sədrin sözlərinə görə, hazırda dünya ölkələrində bitkilər üçün zərərli olan virus və bakteriya mənşəli xəstəliklərin yayılması müşahidə edilir:

"Odur ki, bir sıra ölkələr tərəfindən idxal tələbləri sərtləşdirilir, bəzi hallarda məhsul idxalına qadağalar tətbiq edilir.

Həmçinin Pestisidlər və aqrokimyəvi maddələrə nəzarət sistemi qurulur, pestisidlər və aqrokimyəvi maddələrin dövriyyəsi və istifadəsinə qoyulan tələblər sərtləşdirilir, nəzarət gücləndirilir. Ölkədə də bu istiqamətdə zəruri tədbirlər görülür. Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiya çərçivəsində 23 ölkəyə Azərbaycana idxal edilən tərəvəz bitkilərinin toxumlarının virus və bakteriya xəstəliklərindən azad olması tələbi qoyulub".


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...